Günah olmayan şeyə görə tövbə etmək və tövbəni pozmaq haqqında

    11.04.2015
Sual: 
Selamun Aleykum.men bir is gormusem.ama o is gunah is deyil.sadece o isi bir daha etmemek ucun tovbe etdim ve dedim:Allahim,eger men tovbemi pozsam meni baqislama ve mene cehennemi goster.ama sonra tovbemi defelerle pozdum.komek edin mene.ne ede bilerem?
Cavab: 

Aleykum salam. Ümumiyyətlə, tövbə günah əməllər üçün edilir, mübah (icazəli) əməllər üçün isə tövbə etmək olmaz. Özünə bəddua etmək isə qadağandır. Allah Rəsulu (salləllahu aleyhi və səlləm) demişdir: "Özünüzə, övladlarınıza, yanınızda işlətdiyiniz kəslərə və mallarınıza bəddua etməyin. Allahın duaları qəbul etdiyi ana rast gələr, O da qəbul edər". (Əbu Dəvud, 4/327).
Hər iki xətanız üçün tövbə edərək Allahdan bağışlanma diləyin. Daha ətraflı:
Özümə bəd dua etmişəm, nə edim ki, qəbul olmasın?
Tövbə etsəm, Allah məni bağışlayarmı?

Teqlər: 
Paylaş: