Hərbi xidmətdə namaz qılmağa şərait olmadıqda nə etmək lazımdır?

    28.04.2015
Sual: 
salam aleykum ve rehmetullahi ve bereketu.esgerlikde bezi yerler varki orda namaz qilmaga icaze vermirler ve yada imkan olmur.bu halda ne etmek lazimdir.gunah kime yazilir?
Cavab: 

Aleykumu-s-sələm va rahmətullahi va bərakətuhu. Əvvəlcə hər şeyə qadir olan Allahdan yardım, şərait istəmək lazımdır.  Uca Allah buyurur: "Allahdan qorxana, Allah çıxış yolu göstərər" (ət-Talaq, 2).
Namazı heç bir halda tərk etmək olmaz. Əksər alimlərə görə hərbi xidmətdə olan müsəlman müsafir (səfərdə) sayılır. Müsafir məğrib namazından başqa bütün namazları 2 rükət qıla bilər. Həmçinin zöhrlə əsr namazını birləşdirərək hər hansı birinin vaxtında, məğriblə də işa namazlarını birləşdirərək bu ikisindən hər hansı birinin vaxtında qıla bilər. Ayaq üstə namaz qılmağa şərait olmadıqda oturaraq, oturmağa şərait olmadıqda isə uzanaraq namaz qılmaq olar, amma bu, adət halı almamalıdır. Oturaraq namaz qıldıqda rüku əvəzinə başı biraz qabağa əymək, səcdə əvəzinə isə bundan daha çox əymək lazımdır. Uzanaraq namaz qılanda da baş hərəkət etdirilir. Uca Allah buyurur: "Allahdan bacardığınız qədər qorxun!" (ət-Təğabun, 16).

Teqlər: 
Paylaş: