Valideynlərin icazəsi olmadan sevmək olarmı?

    15.01.2014
Sual: 
Salam aleykum. Ata ananin icazesi olmadan bashqa oglani sevmek gunahdir, yoxsa yox?
Cavab: 

Aleykum salam. İslamda həddi aşmamaq şərti ilə islami çərçivədə sevgiyə bir qadağa yoxdur. Amma bu kimi məsələlərdən uzaq olmaq daha yaxşıdır. İnsan birinə bağlanıb vərdiş edərsə və valideynləri evlənməyə icazə verməzsə, sonradan ondan ayrılması çətin olur və nəticədə hər iki tərəf iztirab çəkir, çünki evlilik üçün valideynlərin halallığı vacibdir. Ona görə də, bu işə addım atmadan öncə ciddi fikirləşib, böyüklərlə məsləhətləşmək lazımdır. Çalışın, valideynlərinizlə danışıb onların xeyir-duasını alın.

Teqlər: 
Paylaş: