Qadının ona yad olan kişilərə baxması günahdırmı?

    15.01.2014
Kimdən: 
Sara
Sual: 
Qadinin hansisa kishiye baxmasi gunahdir? Meselen; Men hansisa oglani gorsem, yarashiqli olduguna gore baxsam gunah qazanaram? Yeni men ona pis niyyetle baxmiram. Sadece gozelliyi diqqetimi celb edir.
Cavab: 

İslama görə belə şeylərdən çəkinməyiniz tövsiyə olunur. Uca Allah buyurur:

Mömin qadınlara da de ki, (harama baxmayıb) gözlərini aşağı diksinlər və cinsiyyət üzvlərini (zinadan) qorusunlar  (ən Nur, 31).

Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Adəm oğlunun zinadan bir nəsibi vardır. Heç şübhəsiz ki, o buna mütləq düşəcəkdir. Gözlərin zinası baxmaqdır. Qulaqların zinası dinləməkdir. Dilin zinası danışmaqdır. Əlin zinası tutmaqdır. Ayağın zinası addımlamaqdır. O, ki qaldı qəlbə o, arzu və təmənna edir. Övrət yeri ya bunu təsdiq edəcəkdir, ya da inkar» . Buxari 6343, Müslim 2657.

Paylaş: