Qıza hər dəfə elçi gəldikdə onların yanında hicabını aça bilərmi?

    18.04.2015
Sual: 
Salam aleykum kecen sefer siz bir sual cavablandirmisdiz sual beleydi hicabli qiza elci gelende qiz ortuyun aca biler? Sizde demisdiz aca biler indi belke bu elcini beyenmedi indi bu qiza her defe elci gelende hicabin acmalidi bu ne qeder duzgundu.Ola biler belke men duzgun basa duşmemisem xahis eliyirem bu sualımı cavablandirasiz.
Cavab: 

Aleykum salam. Elçi gəldikdə qadın onların yanında bəzənməmək şərtilə evdə olduğu kimi, yəni baş ötüsü olmadan görünə bilər. Amma bu vacib əmr deyil, qadını hicabını açmağa heç kim məcbur edə bilməz. Həmçinin qeyd edək ki, bu məsələ alimlər arasında ixtilaflıdır, bəzi alimlər hicabı açmağın qadağan olduğunu demişlər. Bu alimlərə görə, yalnız elçi gələn oğlanın anası və ya qadın qohumları qadına hicabsız baxa bilərlər.

Teqlər: 
Paylaş: