YEKUN

    30.03.2015

Allahdan xeyirli yekun istəyirik!

Əbdüləzim ibn Bədəvi əl-Xələfi deyir: Mənim, bu kiçi kitabda toplamaq və tərtib etmək istədiyim bunlar idi. Əgər mən bu işdə haqqa və doğru rəyə nail olmuşamsa, elə istədiyim də budur. Əgər deyilən kimi olmayıbsa, onda Allahdan bağışlanma və məğfirət istəyirəm. Mən bu kitabın son fəslini "kölələrin azad olunması" (əl-İtq) fəsli ilə tamamlamışam ki, qoy bu əməlim mənim cəhənnəmdən qurtulmağıma, Əziz və Ğaffar Allahın mərhəmətinə qovuşmağıma səbəb olsun.
Uca və nöqsansız Allahdan diləyirəm ki, bu kitabı göydə və yerdə məqbul etsin, bununla mənə savab yazsın, günahlarımı silsin, Öz dərgahında bunu mənim üçün bir xəzinə olaraq saxlasın. Elə bir gün üçün saxlasın ki, «O gün ki, nə mal-dövlət, nə də övlad bir fayda verər! Ancaq sağlam bir qəlblə Allahın hüzuruna gələn kimsədən (möminlərdən) başqa!”[1].
Son duamız aləmlərin Rəbbi olan Allaha
həmd-səna deməkdir!

 
[1] əş-Şuəra: 88-89.