İtmiş qoyun və dəvə

    31.03.2015

İtmiş qoyun tapan insan onu saxlayıb sahibini axtarmalıdır. Əgər sahibi çıxmazsa onu özünə götürə bilər. İtmiş dəvəni tapan insanın onu saxlaması halal deyil. Çünki dəvə üçün təhlükə qorxusu yoxdur.
Zeyd ibn Xalid əl-Cuhəni (A.R.O.) deyir: «Bir nəfər bədəvi Peyğəmbərin (S.A.V.) yanına gəlib tapıntı əşya haqqında soruşdu. Peyğəmbər (S.A.V.) dedi: Tapdığın əşyanın qabını və ipini saxla (ki, birdən əgər sahibi çıxarsa malını tanısın). Əgər malın sahibi çıxarsa malını qaytar, əks halda isə xərclə. Bədəvi dedi: Ey Allahın elçisi, bəs tapıntı qoyunu necə edim? O dedi: Bu ya sənin, ya qardaşının (mal sahibinin), ya da qurdundur. Bədəvi dedi: Bəs tapıntı dəvə necə? Bu zaman Peyğəmbərin (S.A.V.) üzü qızardı və dedi: Sənin onunla nə işin var? Onun gəzməyə ayağı, içməyə suyu var. O özü su içir, ot yeyir[1].

 
[1] Buxari: 5/ 80/ № 2427. Müslim: 3/ 1348/ № 1722. Tirmizi: 2/ 415/ № 1387. İbn Macə: 2/ 836/ № 2504. Əbu Davud: 5/ 123/ № 1688.