Tapılan dəyəri az olan əşya və yeyinti məhsulu

    31.03.2015

Kim çöldə yeməli bir şey taparsa onu yeyə bilər. Həmçinin adətən insanların nəfsi çəkməyən dəyəri az olan əşya taparsa onu özünə götürə bilər. Ənəs (A.R.O.) deyir ki, «bir dəfə Peyğəmbər (S.A.V.) yolda gedərkən xurma tapdı və dedi: Mən bu xurmanın sədəqə olmasından ehtiyat etməsəydim, onu yeyərdim»[1].

 
[1] Buxari: 5/ 86/ № 2431. Müslim: 2/ 752/ № 1071. Əbu Davud: 5/ 70/ № 1636.