Allahdan başqasına and içmək şirkdir

    31.03.2015

İbn Ömər (A.R.O.) deyir ki, mən Peyğəmbərin (S.A.V.) belə dediyini eşitmişəm: «Kim Allahdan başqasına and içərsə küfr, yaxud da şirk etmiş olar»[1].
Əbu Hureyrə (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Kim and içərkən: Lata[2] and olsun – deyərsə, Lə iləhə illəllah desin[3]. Kim öz yoldaşına: gəl səninlə qumar oynayım – deyərsə sədəqə versin»[4].

 
[1] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: № 6204. Tirmizi: 3/ 45/ № 1574.
[2] Lat, cahiliyyət dövründə ərəblərin sitayiş etdikləri bütlərdən birinin adıdır. (tər.)
[3] Allahdan başqasına and içmək şirk olduğu üçün bundan dərhal sonra, "lə iləhə illəllah" tövhid kəlməsini deməklə, Allahdan başqa ibadətə layiq olan haqq məbudun olmadığına şahidlik gətirmək münasib olduğu üçün Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bunu əmr etmişdir. (tər.)
[4] Müslim: 3/ 1267/ № 1647. Nəsai: 7/ 7. Əbu Davud: 9/ 74/ № 3231. Onun rəvayətində: "bir şey sədəqə versin" – əlavəsi vardır. Buxari: 11/ 536/ № 6650. Onun rəvayətində: "lata və uzzaya and içərsə" – əlavəsi vardır.