Bir şübhə və cavabı

    31.03.2015

Allahdan qeyrisinə and içənlər belə bir səbəblə üzürxahlıq edirlər ki, onlar Allahın bu ayəsi ilə yalançı çıxmaqdan qorxurlar. Ayədə deyilir: «Yaxşılıq etmək, pis əməllərdən çəkinmək və insanlar arasında sülh yaratmaq barəsindəki andlarınıza Allahı (Allaha and içməyi) hədəf etməyin!»[1]
Şübhənin cavabı bu rəvayətdir. Misər ibn Kidam, Vəbərə ibn Əbdürrəhmandan rəvayət edir ki, Abdullah ibn Məsud belə deyərdi: «Mənim yalançı olub Allaha and içməyim, mənə, doğru olub qeyrisinə and içməyimdən – daha sevimlidir»[2].
Ayənin mənası isə İbn Kəsirin (Allah ona rəhmət etsin) İbn Abbasdan (A.R.O.) rəvayət etdiyi kimidir: «Allaha and içməyin, səni xeyirli işlərdən məhrum etməsin. Belə halda andının kəffarəsini ver və xeyirli işi gör».
İbn Kəsir sonra deyir: Həmçinin Məsruq, Şəbi, İbrahim ən-Nəxai, Mücahid, Tavus, Səid ibn Cubeyr, Əta, İkrimə, Məkhul, Zuhri, Həsən, Qatadə, Muqatil ibn Həyyan, Rabii ibn Ənəs, Dəhhak, Əta əl-Xorasani və Suddi kimi alimlər (Allah onlara rəhmət etsin) də ayəni belə təfsir etmişlər.[3]

 
[1] əl-Bəqərə: 224.
[2] Təbərani, əl-Mucəm əl-Kəbir: 9/ 205/ № 8902.
[3] Təfsir İbn Kəsir: 1/ 266.