Qoyun, bir nəfər və onun ailəsinin əvəzinə kəsilə bilər

    10.04.2015

Əta ibn Yəsar deyir ki, mən Əbu Əyyub əl-Ənsaridən (A.R.O.) soruşdum: Peyğəmbərin (S.A.V.) vaxtında sizin kəsdiyiniz qurbanlar necə olurdu? O dedi: «Peyğəmbərin (S.A.V.) vaxtında bir insan özünün və ailəsinin adından bir qoyun kəsər, ondan özləri yeyər və yedizdirərdilər. Amma sonra insanlar bəhsə girib bununla fəxr edərək gördüyün hala düşüblər»[1].

 
[1] Hədis səhihdir. Səhih Sünən İbn Macə: № 2546. İbn Macə: 2/ 1051/ № 3147. Tirmizi: 3/ 31/ № 1541.