Zina edənlərin qismləri

    10.04.2015

Zina edən bakirə ya da evlənmiş insan ola bilər:
Əgər həddi büluğa çatmış azad, evli insan öz ixtiyarı ilə zina edərsə onun cəzası sona qədər daşqalaq edilməkdir.
Cabir ibn Abdullah əl-Ənsari deyir ki, Əsləm qəbiləsindən bir kişi Peyğəmbərin (S.A.V.) yanına gəlib zina etməsi haqqında xəbər verdi. Özünün zina etməsinə görə dörd dəfə şahidlik etdi. Bundan sonra Peyğəmbər (S.A.V.) onun daşqalaq edilməsini əmr etdi. Həmin adam artıq evlənmişdi[1].
İbn Abbas (A.R.O.) deyir ki, bir gün Ömər ibn əl-Xəttab (A.R.O.) insanlara xitab edərək dedi: «Həqiqətən Allah Muhəmmədi (S.A.V.) haqq din ilə göndərmiş, ona kitab nazil etmişdir. Onun nazil etdiyi ayələrin içərisində daşqalaq etmək haqqında ayə var idi. Biz həmin ayəni oxuyar, dərk edər və başa düşərdik. Peyğəmbər (S.A.V.) özü daşqalaq etmiş, biz də ondan sonra daşqalaq etmişik. Mən qorxuram ki, uzun bir vaxt keçəndən sonra kimlərsə, "daşqalaq ayəsi Quranda yoxdur" – deyib, Allahın nazil etdiyi vacibi tərk etməklə haqq yoldan azmış olsunlar. Allahın kitabına əsasən, evlənmiş kişi və ya qadın zina edər və bu isbatlanarsa, yaxud qadın zinadan hamilə qalarsa və ya onların hər hansı zina etdiyini etiraf edərsə belə halda daşqalaq etmək haqdır»[2].

 
[1] Hədis səhihdir. Səhih Sünən Əbu Davud: № 3725. Tirmizi: 2/ 441/ № 1454. Əbu Davud: 12/ 112/ № 4407.
[2] Buxari: 12/ 144/ № 6830. Müslim: 3/ 1317/ № 1691. Əbu Davud: 12/ 97/ № 4395. Tirmizi: 2/ 442/ № 1456.