Zina etmiş kölənin cəzası

    10.04.2015

Əgər qeyri azad insan – istər kişi, istərsə də qadın kölə – zina edərsə daşqalaq edilmir. Amma əlli şallaqla cəzalandırılır. Belə ki, uca Allah buyurur: «...Əgər onlar (ərə getdikdən sonra) zina edərlərsə, cəzaları azad qadınlara verilən əzabın yarısı qədərdir...»[1].
Abdullah ibn Əyyaş əl-Məxzumi deyir ki, Ömər ibn əl-Xəttab (A.R.O.) mənə və bir neçə nəfər qureyşli gəncə, zina etmiş bir neçə kölə qadının hərəsinə əlli şallaq vurmağımızı əmr etdi[2].

 
[1] Ən-Nisa: 25.
[2] Hədis həsəndir. əl-İrva: № 2345. Malik: 594/ 1508. Beyhəqi: 8/ 242.