Zina etməyə məcbur edilən insana cəza tətbiq olunmur

    10.04.2015

Əbu Əbdürrəhman əs-Süləmi deyir ki, Ömər ibn Xəttabın (A.R.O.) yanına bir qadın gətirdilər. Demək həmin qadın bir dəfə susuzluqdan əziyyət çəkirmiş. Qarşısına çıxan çobandan su istədikdə, çoban ona təslim olmayınca (zina etməyə razılıq verməyənə qədər), su verməkdən imtina edib. Qadın da buna razılaşıb. Ömər ibn Xəttab (A.R.O.) həmin qadının daşqalaq edilməsi barədə məşvərət etdi. Əli ibn Əbu Talib (A.R.O.) dedi: Bu qadın zərurət halında olub. Mən onun azad edilməsinin tərəfdarıyam. Ömər də onu azad etdi.[1]

 
[1] Hədis səhihdir. əl-İrva: № 2313. Beyhəqi: 8/ 236.