Əhli Beyt kimlərdir?

    18.01.2014
Sual: 
Salam aleykum. Size sualim beledir. Ehli Beyt kimdir?
Cavab: 

Aleykum salam. Ümumiyyətlə bu məsələ çox geniş və əhatəli bir mövzudur. Ərəb dili mütəxəssisləri və islam alimləri Əhli Beyt məfhumunun mənasını geniş şəkildə şərh ediblər. Onlar yalnız dörd nəfərin – Əli, Fatimə, Həsən və Hüseynin (Allah onların hamısından razı olsun) Əhli Beytdən olduğunu iddia edənlərin əksinə olaraq, bu məfhumun ən əvvəl Peyğəmbərin (Ona və ailəsinə Allahın salamı və salavatı olsun) həyat yoldaşlarını da əhatə etdiyini bildiriblər. Əhli Beytin yalnız dörd nəfərdən ibarət olduğunu söyləmək ərəb dilçi alimlərin və din alimlərinin bu məsələ ilə bağlı söylədikləri fikirlərə, eləcə də Quran və Sünnəyə ziddir. İbn Faris adlı dilçi tarixçi alim "Məqayis əl-Luğa" kitabında: "Ərəbcə ət Təəhhul sözünün evlənmək mənasında işləndiyini, kişinin əhli onun arvadına və ona ən yaxın insanlara, evin əhli onun sakinlərinə, islam əhli onu qəbul edib Uca Allahın qoyduğu qayda-qanunlara əməl edən insanlara" – deyildiyini bildirir. (İbn Faris: "Məqayisul-Luğa", cild: 1, səh: 150).
Qısası bir sözlə "Əhli Beyt" Məhəmməd Peyğəmbərin (salləllahu aleyhi və alə əlihi və səlləm) ailəsi və nəsili hesab olunur. Uca Allah buyurur: "Ya Peyğəmbər! Arvadlarına belə de: "Əgər siz dünya həyatını və onun dəbdəbəsini istəyirsinizsə, gəlin sizə talaq haqqınızı verim və gözəl bir tərzdə boşayım! Yox, əgər Allahı, Onun Rəsulunu və axirət yurdunu istəyirsinizsə, Allah içərinizdən yaxşı işlər görənlər üçün böyük bir mükafat hazırlamışdır. Siz ey peyğəmbərin arvadları! Sizdən hansı biriniz açıq-aşkar bir çirkin iş görsə, onun əzabı ikiqat olar. Bu, Allah üçün asandır! Sizdən hər kim Allaha və Rəsuluna itaət edib yaxşı işlər görsə, onun mükafatını ikiqat verərik. Biz onun üçün tükənməz gözəl və minnətsiz ruzi hazırlamışıq. Siz ey Peyğəmbərin arvadları! Allahdan qorxacağınız təqdirdə siz (başqa) qadınların heç biri kimi deyilsiniz. Buna görə də yad kişilərlə yumşaq danışmayın, yoxsa qəlbində mərəz (şəkk, nifaq və günah mərəzi) olan tamaha (özgə təmənnaya) düşər. (Danışdığınız zaman) gözəl danışın. Evlərinizdə qərar tutun. İlkin cahiliyyə dövründəki kimi açıq-saçıq olmayın. Namaz qılın, zəkat verin, Allaha və Rəsuluna iitaət edin. Siz ey ev əhli! Allah sizdən çirkinliyi yox etmək və sizi tərtəmiz, pak etmək etmək istər! Allahın evlərinizdə oxunan ayələrini və hikməti (Peyğəmbərin qoyduğu qayda-qanunu) xatırlayın. Allah (möminlərə) lütfkardır və xəbərdardır". (əl-Əhzab, 28-34).
​Peyğəmbərin (salləllahu aleyhi və alə əlihi və səlləm) Əhlin Beytin sevib, onlara hörmət bəsləmək savab, eyni zamanda isə imandan bir parçadır: "Halbuki bu (Peyğəmbərin əhli-əyalı haqqında nalayiq söz danışmaq) Allah yanında çox böyük günahdır!" (ən-Nur, 15). Həmçinin oxuyun: Əhli Beyt haqqında

Teqlər: 
Paylaş: