Qadının diyəsi

    13.04.2015

Əgər qadın səhvən qətlə yetirilərsə onun diyəsi, kişinin diyəsinin yarısı qədərdir. Həmçinin qadının bədən üzvlərinin və toxunulan yaralarının diyəsi, kişinin diyəsinin yarısı qədərdir[1].
Şureyh deyir ki, Urvə əl-Bəriqi Ömərin yanından gəldi və dedi: Dişə və sümüyə qədər çatan yaralara (ərəb. əl-Mudihə) görə kişi və qadınların diyəsi eynidir. Bundan artıq baş verənlərə görə qadının diyəsi, kişinin diyəsinin yarısı qədərdir[2].

 
[1] Şəriətin bu hökmü heç də bəzilərinin iddia etdiyi kimi, qadınları kişilərdən alçaq tutmaq üçün qeyd olunmamışdır. Sadəcə olaraq şəriət sahibi hər kəsin özünə görə cəzasını və payını təyin etmişdir. Elə bu gün "İnsan hüquqları" deyənlər özləri kişi və qadın, vəzifəli və ya vəzifəsiz insanlar arasında fərq qoyurlar. Məsələn, əgər biz dünyəvi baxımdan özlərini inkişaf etmiş ölkələrdən sayan dövlətlərə baxsaq görərik ki, orada adi insana qarşı törədilən cinayətlə, vəzifəli və adlı-sanlı şəxsə qarşı törədilən cinayətlərə görə cəza kəsilərkən böyük fərq qoyulur. Yəni, adi insana və generala görə cinayətkara eyni cəza verilmir. Səbəb isə generalın adi insandan daha üstün, daha çox yararlı olmasıdır. Şəriət sahibi də kişinin daha çox məsuliyyət daşımasını, ailəsi üçün ruzi qazanmasını nəzərə alaraq onun diyəsin qadının diyəsindən nisbətən çox etmişdir. Bilin ki, Allahın şəriətində heç bir zülm, haqsızlıq ola bilməz. Daha doğrusunu Allah bilir. (tərc.)
[2] Rəvayətin sənədi səhihdir. əl-İrva: 7/ № 307. Şafii: 9/ 300/ № 7546.