Əhli Kitabın diyəsi

    13.04.2015

Səhvən qətlə yetirilən əhli kitabın diyəsi, müsəlmanın diyəsinin yarısı qədərdir. Demək onlardan qətlə yetirilən kişinin diyəsi müsəlman kişinin, onlardan qətlə yetirilən qadının diyəsi isə müsəlman qadının diyəsinin yarısı qədərdir.
Amr ibn Şueyb atasından, o da babasından rəvayət edir ki, «Peyğəmbər (S.A.V.) əhli kitabın diyəsinin müsəlmanın diyəsinin yarısı qədər olduğu barədə hökm çıxarmışdır. Əhli Kitab, yəhudilər və xaçpərəstlərdir»[1].

 
[1] Hədis həsəndir. əl-İrva: № 2251. İbn Macə: 2/ 883/ № 2644. Tirmizi: 2/ 433/ № 1434. Nəsai: 8/ 45. Onlar, bir-birinə oxşar mətnlərlə rəvayət etmişlər. Əbu Davud: 12/ 323/ № 4559. Onun rəvayətində deyilir ki, "Əhd bağlayanın (ərəb. Müahid) diyəsi müsəlmanın diyəsinin yarısı qədərdir".