Qazilik

    13.04.2015

Hökmü:
Qazilik fərzu kifayədir[1]. Rəhbərin, bölgələrdə insanlar arasında hökm versin deyə ehtiyac olan sayda qazi təyin etməsi vacibdir. Çünki Peyğəmbər (S.A.V.) özü insanlar arasında qazilik etmiş, Əlini (A.R.O.) qazilik üçün Yəmənə göndərmişdir. Həmçinin Raşidi Xəlifələr də qazilik etmiş və digər şəhərlərə də qazilər təyin etmişlər[2].

 
[1] Şəriət istilahında, "Fərzul Kifayə" dedikdə, bu işin hamıya vacib olmaması nəzərdə tutulur. Yəni, əgər bir məntəqədə bir qazi olarsa bu kifayət edər. Bunun əksi isə "Fərzul Ayn"dir. Bu, hansısa hökmün bütün insanlara fərdi şəkildə vacib olması deməkdir. (tərc.)
[2] Mənarus Səbil: 2/ 453.