Qaziliyin icazəli olması

    13.04.2015

Qazlik, Quran, sünnə və ümmət alimlərinin yekdil rəyi ilə icazəli sayılır.
Uca Allah buyurur: «O halda onların arasında Allahın nazil etdiyi Kitabla hökm et...»[1].
Digər ayədə isə belə buyurur: «Ya Davud! Biz səni yer üzündə xəlifə (və ya əvvəlki peyğəmbərlərə xələf) etdik. Buna görə də insanlar arasında ədalətlə hökm et,...»[2].
Amr ibn əl-As (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini eşitmişdir: «Əgər hakim hökm verərkən ictihad (daha düzgün qərar verməyə cəhd) edib doğru qərar çıxararsa iki savab, yox əgər ictihad edib sonra səhv edərsə bir savab qazanar»[3].
Həmçinin bütün müsəlmanlar qaziliyin icazəli olmasına dair yekdil rəydədirlər.

 
[1] əl-Maidə: 49.
[2] Sad: 26.
[3] Buxari: 12/ 318/ № 7352. Müslim: 3/ 1342/ № 1716. Əbu Davud: 9/ 488/ № 3557. İbn Macə: 2/ 776/ № 2314.