Hakimin hökü həqiqəti dəyişmir

    13.04.2015

Əgər qazi başqasının haqqını digər bir insana verərsə o həmin haqqı götürməsin. Çünki qazinin hökmü haramı halal, halalı haram etmir.
Peyğəmbərin (S.A.V.) yoldaşı Ummu Sələmə (A.R.O.) deyir ki, Peyğəmbər (S.A.V.) evinin önündə iki nəfərin mübahisə etdiyini eşidib çölə çıxdı və dedi: «Mən bəşər övladıyam. Mənim yanıma mübahisə ilə iddialı insanlar gəlirlər. Ola bilər biriniz digərindən daha bəlağətli olsun. Və mən də onun haqlı olduğunu düşünərək onun xeyrinə hökm verim. Mən (bilməyərəkdən) bir müsəlmanın payının başqasına verilməsinə dair hökm vermişəmsə, həmin pay bir cəhənnəm odu kimidir. İsəyirsə (haqsız olduğunu bilə-bilə) payı götürsün, yaxud tərk etsin»[1].

 
[1] Buxari: 5/ 107/ № 2458. Müslim: 3/ 1337/ № 1713. Əbu Davud: 9/ 500/ № 3566. Tirmizi: 2/ 398/ № 1354. Nəsai: 8/ 233. İbn Macə: 2/ 777/ № 2317.