İddialar və sübutlar

    13.04.2015

Ərəb dilində "əd-Dəava" yəni, "iddia" sözü nəyisə tələb etmək, istəmək mənasındadır. Uca Allah buyurur: «...Orada (Cənnətdə) sizin üçün nəfsinizin çəkdiyi, istədiyiniz hər şey vardır»[1].
İddia (ərəb. əd-Dəava) sözü Şəriət istilahında insanın, başqasının əlində və ya səlahiyyətində olan bir şeyi özünə aid etməsidir.
İddiaçı (ərəb. əl-Muddəi) isə, öz haqqını tələb edən, susaraq tələbindən əl çəkdikdə isə məsuliyyətə cəlb olunmayan kimsədir.
İttiham olunan tərəf də haqqını tələb edəndir, lakin əgər o susarsa məsuliyyətdən azad olunmaz[2].
Sübutlar (ərəb. əl-Bəyyinat) dedikdə məsələyə açıqlama verən şahidlər və bu kimi əlamətlər nəzərdə tutulur.
Deyilənlərə əsas, İbn Abbasın (A.R.O.) Peyğəmbərdən (S.A.V.) rəvayət etdiyi hədisdir: «Əgər insanlara iddialarına görə haqq verilsəydi, o zaman kimlərsə başqalarının qanı və malı barədə iddiaçı olardılar. Ona görə and içmək hüququ ittiham olunan tərəfə məxsusdur»[3].
Amr ibn Şueyb atasından o da babasından rəvayət edir ki, Peyğəmbər (S.A.V.) belə demişdir: «Sübut gətirmək iddiaçının, and içmək isə ittiham olunanın boynunadır»[4].

 
[1] Fussilət: 31.
[2] Fiqhus Sünnə: 3/ 327.
[3]Müslim: 3/ 1336/ № 1711. Buxari: 8/ 213/ № 4551. O, hədisi bir hadisə ilə birlikdə rəvayət etmişdir. İbn Macə:  2/ 778/ № 2321.
[4] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: № 2896. Tirmizi: 2/ 399/ № 1356.