Başqasının malını mənimsəmək üçün yalandan and içənin günahı

    13.04.2015

Abdullah ibn Məsud (Allah ona rəhmət etsin) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Kim yalandan and içər və bununla müsəlmanın malını mənimsəyərsə, Allahla qarşılaşarkən Allah ona qəzəbli olar»[1].
Əbu Umamə əl-Harisi (A.R.O.) Peyğəmbərdən (S.A.V.) belə eşitdiyini rəvayət edir: «Allah, and içib başqa müsəlmanın malını mənimsəyən kəsə cənnəti haram edər və onu cəhənnəmə salar». Orada olan bir nəfər dedi: Ey Allahın elçisi, əgər az biş şey olsa da? Peyğəmbər (S.A.V.) dedi: «Hətta, Ərak ağacından düzəldilmiş bir misvaka görə (də bu əzab olacaqdır)»[2].

 
[1] Buxari: 11/ 558/ № 6676-77. Müslim: 1/ 122/ № 138. Əbu Davud: 8/ 67/ № 3227. Tirmizi: 4/ 292/ № 4082. İbn Macə: 2/ 778/ № 2323.
[2] Hədis səhihdir. Səhih Sünən İbn Macə: № 1882. İbn Macə: 2/ 779/ № 2324. Oxşar rəvayətlə: Müslim: 1/ 122/ № 137. Nəsai: 8/ 246.