Meyidin yanında olanlar və oraya gələnlər nə edə bilərlər?

    14.04.2015

Onlar meyidin üzünü açıb öpə bilər və üç gün müddətində ağlaya bilərlər:
Aişə (A.R.O.) deyir ki, «Peyğəmbər (S.A.V.) dünyasını dəyişmiş Osman ibn Məzun adlı səhabənin yanına daxil oldu, onun üzünü açaraq, qucaqlayıb öpdü və ağladı. Hətta mən onun yanaqları üzərindən göz yaşlarının axdığını da gördüm»[1].
Abdullah ibn Cəfər (A.R.O.) deyir ki, «Peyğəmbər (S.A.V.) Cəfərin ailəsinə üç gün yas saxlamağa icazə verdi. Sonra onların yanına gəlib dedi: Bu gündən sonra qardaşımın arxasınca ağlamayın...»[2].

 
[1] Hədis səhihdir. əl-İrva: № 693. Səhih Sünən İbn Macə: № 1191. İbn Macə: 1/ 468/ № 1456. Əbu Davud: 8/ 443/ № 3147. Tirmizi: 2/ 229/ № 994.
[2] Hədis səhihdir. Səhih Sünən Nəsai: № 4823. əl-Cənaiz: səh. 21. Əbu Davud: 11/ 245/ № 4174. Nəsai: 8/ 182.