Ər təkbaşına arvadının dəfnini icra edə bilər

    15.04.2015

Demək Aişə (A.R.O.) deyir ki, mənim növbəm başlayan gün Peyğəmbər (S.A.V.) evimə daxil oldu və mən: “Ay başım!” – deyərək sızıldandım. Peyğəmbər (S.A.V.) isə dedi: «İstərdim ki, o gün mən sağ olum, səni hazırlayım və basdırım...»[1].
Lakin bir şərtlə ki, ər, arvadı vəfat edən gecə başqa qadınla yaxınlıq etməməlidir. Əgər yaxınlıq edərsə onun öz arvadını basdırması icazəli deyil. Bu halda başqası, hətta yad bir insan, bu işi etməyə daha haqlıdır. Demək, Ənəs (A.R.O.) deyir ki, «biz Peyğəmbərin (S.A.V.) qızının dəfninin şahidi olduq. Peyğəmbər (S.A.V.) qəbirin başında oturmuşdu. Mən onun gözlərindən yaş axdığını gördüm. O, dedi: «Aranızda bu gecə yoldaşı ilə yaxınlıq etməyən varmı?» Əbu Talha: “Ey Allahın elçisi, mən” – deyərək cavab verdi. Peyğəmbər (S.A.V.) ona: “qəbirə en!” – dedi və o da qəbirə endi»[2].

 
[1] Hədis səhihdir. Əhməd: 6/ 144. Hədis buna oxşar şəkildə Buxarinin səhihində (10/ 101-102) və Müslimdə (7/ 110) müxtəsər rəvayət olunur. Albaninin “Əhkamul Cənaiz” kitabında belə deyilir.
[2] Hədis səhihdir. əl-Cənaiz: səh. 150. Əbu Davud: 9/ 29/ № 3195.