Sünnəyə əsasən meyiti qəbirin ayaq tərəfindən daxil etmək lazımdır

    15.04.2015

Əbu İshaq deyir ki, «Haris vəsiyyət etdi ki, onun üçün cənazə namazını Abdullah ibn Yezid qılsın. O da cənazə namazını qıldı və meyiti qəbirin ayaq tərəfindən qəbirə idxal etdi və dedi: bu sünnədəndir»[1].
Meyit sağ tərəfi üzərində, üzü qibləyə uzadılır. Onun başı və ayaqları qiblənin sağ və sol tərəflərinə düşür. Bu, Peyğəmbərin (S.A.V.) vaxtından ta bu günə qədər müsəlmanların adətlərindəndir.
Meyiti ləhdə qoyan bu sözləri deyir: «Bismilləh və alə sunnəti rəsulilləh» yaxud, «... və alə milləti rəsulilləh». İbn Ömər (A.R.O.) deyir ki, «Peyğəmbər (S.A.V.) meyiti qəbirə qoyanda belə deyərdi: Bismilləh və alə sunnəti rəsulilləh»[2].
Əl-Bəyadi (A.R.O.), Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Meyit qəbirə qoyularkən, onu qəbirə endirənlər meyiti ləhdə qoyduqda belə desinlər: Bismilləh və billəh və alə milləti rəsulilləh (sallallahu aleyhi və səlləm)»[3].
Qəbirin yanında olanların, ləhd örtüləndən sonra qəbirin üzərinə iki əl ilə üç ovuc torpaq atmaları müstəhəbdir. Demək Əbu Hureyrə (A.R.O.) deyir ki, «Peyğəmbər (S.A.V.) cənazə üçün namaz qıldı, sonra meyitin üzərinə gəlib onun baş tərəfinə üç ovuc torpaq tökdü»[4].

 
[1] Rəvayət səhihdir. əl-Cənaiz: səh. 149. Buxari: 3/ 208/ № 1342.
[2] Hədis səhihdir. əl-Cənaiz: səh. 152. Əbu Davud: 9/ 32/ № 3197. Tirmizi: 2/ 255/ № 1051. İbn Macə: 1/ 494/ № 1550.
[3] Hədisin sənədi həsəndir. əl-Cənaiz: səh. 152. Hakim: 1/ 366.
[4] Hədis səhihdir. əl-İrva: № 751. İbn Macə: 1/ 499/ № 1565.