Günah olmayan şeyə görə edilən tövbəni pozmaq olarmı?

    30.05.2015
Sual: 
Salam.Sualim beledi,eger bir insan gunah etmediyini fikirleshirse,ancaq bir anliq hisselirine qapilib tovbe edib,bu tovbeni pozmaq olar?
Cavab: 

Aleykum salam. Günah olmayan şeyə görə tövbə etmək lazım deyil, əgər tövbə etmisinizsə, poza bilərsiniz. Uca Allah buyurur: "Şübhəsiz ki, Mən həm də tövbə edib iman gətirəni, yaxşı işlər görüb, sonra da doğru yolu tutanı çox bağışlayanam!" (Ta, Hə, 82).
Həmçinin pis bir əmələ niyyət edib sonra ondan vaz keçənə Uca Allah savab yazır. Allah Elçisi (Allahın ona salavatı və salamı olsun) demişdir: "Uca Allah buyurdu: "Qulum yaxşı bir əməl etməyə niyyət etdikdə, onu yerinə yetirə bilmədikdə belə Mən onun üçün yaxşı bir əməl kimi yazaram. (Niyyət etdiyi) əməli yerinə yetirdikdə isə, Mən onun üçün əməlinin on mislini yazaram. Həmçinin qulum pis bir əməl etməyə niyyət etdikdə, onu yerinə yetirməkdən vaz keçərsə, Mən onu bağışlayaram. (Niyyət etdiyi) əməli yerinə yetirdikdə isə, Mən onun üçün əməlinin mislini yazaram". Allah Rəsulu buyurdu: "Mələklər dedilər: "ya Rəbbi! Bu qulun pis bir əməl etmək istəyir" - Allah qulunu mələklərdən daha yaxşı gördüyü halda buyurdu: "Qulumu gözləyin. Əgər onu yerinə yetirərsə, onun üçün əməlinin mislini yazın. Əgər onu tərk edərsə, onun üçün yaxşı bir əməl kimi yazın. Çünki o, (pis əməlini) yalnız Mənə görə tərk etmişdir". Həmçinin Allah Elçisi buyurdu: "Hansı birinizin İslamı gözəl olarsa, Allahla görüşənə qədər etdiyi hər yaxşı əmələ görə ona on qatdan yeddi yüz qata qədər (savab) yazılar. Etdiyi hər pis əmələ görə də eynilə (bir günah) yazılar". (Muslim: 129, 185, 351, 352, 353). Həmçinin oxuyun: Tövbə etsəm, Allah məni bağışlayarmı?

Teqlər: 
Paylaş: