Toz-torpağa bulaşmış paltarla namaz qılmaq olar?

    21.01.2014
Sual: 
Men bir yerde ishleyirem. Paltarim toz-palciq ichine dushur. O halda namaz qila bilerem, yoxsa temiz geyim geyinmeliyem?
Cavab: 

Aleykum salam. Əgər imkan varsa paltarı dəyişib, yenisini geynib qılmaq daha yaxşıdır. Əgər buna imkan və ya şərait yoxdursa, bu zaman həmin paltar ilə namaz qılına bilər. Əsas odur ki, paltar nəcasətli olmasın. Çünki şəriətə görə bədəndə və ya paltarda və ya namaz qılınan yerdə nəcasətin olması namazı batil edir. Əgər nəcasəti namaz əsnasında görərsə və ya yadına düşərsə və bunu dərhal aradan qaldırarsa, bu halda namaz səhihdir. 

Teqlər: 
Paylaş: