Kişilərə üzük, bilərzik və zəncir (sep) taxmaq icazəlidirmi?

    04.06.2015
Kimdən: 
elsen
Sual: 
salamun eleykum.menim bir nece sualim var.kisinin adi sep blezik taxmasi harammi? bes demirden uzuk taxmasi haramdir?
Cavab: 

Aleykum salam. Kişilər qızıl olmayan üzük taxa bilərlər. Allah Rəsulunun (salləllahu aleyhi və səlləm) üzüyü də gümüşdən olub. Amma bilərzik, zəncir (sep) kimi əşyalar qadınlara məxsus zinət əşyaları olduğu üçün kişinin onları istifadə etməsi qadağandır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) özünü qadınlara bənzədən kişiləri və özünü kişilərə bənzədən qadınları lənətləmişdir. (əl-Buxari, "Libas"). Həmçinin oxuyun: Rəsulullahın üzüyü

Paylaş: