Tapdığım şeyi vaxtında qaytarmamışamsa, nə edim?

    22.01.2014
Kimdən: 
zehra
Sual: 
Salam aleykum. Men kichik yashlarimda mektebde 1 tek tay, qizil sirqa tapmishdim. Amma tapdigim vaxt onun kimin oldugunu bilmirdim. Ancaq sonra bildim ve hemin sirqani ona vermeye utandim. Ushaq olmusham. Fikirleshdim ki, sonra deyerler ki, ogurlayib. İndi men onun evezini ne ile oduye bilerem ki, Allah o gunahimi mene bagishlasin. Buna gore chox narahatam.
Cavab: 

Aleykum salam. İlk öncə onu qeyd edək ki, əgər hal-hazırda həmin insanı tanıyırsınızsa sırqasını ona geri qaytara bilərsiz. Əgər tanımırsınızsa onun adından sədəqə edə bilərsiz. Bundan əlavə insan hər hansı biri günahı etdikdə dərhal həmin pis əməldən Uca Allaha səmimi qəlbdən tövbə etməli və Allahdan bağışlanma diləməlidir. İnsan etdiyi günaha görə narahat olub peşmançılıq hissi keçirib Allah Təaladan bağışlanma diləyərsə, inşallah Bağışlayan və Mehriban Allah onu əfv edər. Uca Allah buyurur: "O kəslər ki, bir pis iş gördükdə, yaxud özlərinə zülm etdikdə Allahı xatırlayıb günahlarının bağışlanmasını diləyərlər, – günahları Allahdan başqa kim bağışlaya bilər? – onlar bilə-bilə etdiklərinə görə israr etməzlər". (Ali İmran, 135).
“Allah yanında yalnız o kəslərin tövbəsi qəbul olunar ki, onlar nadanlıq ucundan pis bir iş gördükdən sonra dərhal tövbə edərlər. Allah belələrinin tövbəsini qəbul edir! Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir!” (ən Nisa, 17).
Tövbənin qəbul olma şərtləri var. Kim bu şərtlərə əməl edərsə, inşallah Allan onun tövbəsini qəbul edər.
1.Etdiyin günahı Allahın qarşısında səmimi etiraf etmək.
2.Həmin əməldən narahat olaraq dərin peşmançılıq çəkmək.
3.Bir daha həmin əmələ qayıtmamağa qəti qərar vermək.

Həmçinin nəzərinizə çatdırım ki, əlbəttə Allah qullarına qarşı Mərhəmətli, Rəhmli və bağışlayandır. Təbii ki, əgər bəndə də öz növbəsində tövbənin şərtlərinə əməl edib, Rəbbi qarşısında verdiyi sözü tutarsa, inşallah Allah o bəndəni bağışlayar.
Həmçinin bu məqaləni oxuyun: Tövbə etsəm, Allah məni bağışlayar?

Teqlər: 
Paylaş: