"Əhli Sünnə vəl-Cəmaat" əqidəsi nə deməkdir?

    22.01.2014
Sual: 
Salam aleykum.''Ehli sunne val camaat eqidesi'' ne demekdir? Ve firqelere mensub olmaq fikri caizdirmi?
Cavab: 

Aleykum salam. Əhli Sünnə vəl Cəmaat Sünnə (Peyğəmbərin yolu) ilə gedən, onun ətrafında toplaşan, həm əqidəyə aid elmi, həm də şəriət məslələrində ondan başqasına müraciət etməyən kəslərdir. Sünnəyə bağlı olub onun ətrafında camaat halında toplaşdıqları üçün onlar "Əhli Sünnə vəl Cəmaat" adlandırılmışlar. Uca Allah buyurur: "(Ya Rəsulum!) De: "Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, mərhəmətlidir!" (Ali İmran, 31). Daha ətraflı: Hansı məzhəb düzgündür?

Teqlər: 
Paylaş: