İşdə dəstəmaz alanda ehtiyat üçün ayaqyolunda ayaqlarıma məsh çəkirəm...

    24.06.2015
Kimdən: 
Taryel
Sual: 
Salam. Menim calışdığım idarədə iki ayaqyolunun çıxışı olan ümumi, kiçik, əl yumaq üçün sahəsi var. Amma oradan bir çox insan istifadə etdiyi üçün (xüsusən rəhbərlik) men ayaqlarıma həmin ümumi yerdə məhs çəkmirəm və ayaq yoluna daxil olaraq orada bunu edirəm. Belə hallarda nece etsən Uca yaradana xoş geder? Zəhmət olmasa bu barədə bir neçe kəlmə yazardınız. (yəni iş vaxtı bunu edirəm və ehtiyat edirəm). Əvvəlcədən sağ olun deyirəm. Allah elminizə bərəkət versin. Amin.
Cavab: 

Aleykum salam. İş yerində namaz qılmağa ciddi maneə yoxdursa, dəstəmaz alarkən başqalarından utanmaq lazım deyil. Utanmağa daha çox layiq olan Allahdır, Onun üçün olan əməlləri dəqiq yerinə yetirməyə çalışmaq lazımdır. Həmçinin, səhər evdən çıxarkən dəstəmaz alıb, ayaqları yuyub corab geyinsəniz, gün ərzində corabların üzərindən məsh edə bilərsiniz. Daha ətraflı: Corabın üzərindən məsh etmək haqqında

Teqlər: 
Paylaş: