Allahın neçə adı var?

    02.07.2015
Kimdən: 
phonem
Sual: 
Salam aleykume.Allahın neçə adı var.Allah razı olsun
Cavab: 

Aleykum salam. Uca Allahın doxsan doqquz (99) adı var. Bu haqda Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə demişdir: "Allahın yüzdən biri əskik - doxsan doqquz adı vardır. O, Təkdir və tək olanı sevir. Kim Onun adlarını sayarsa, Cənnətə girər". (Buxari, 2736, Muslim, 2677). Hədisdəki "Kim Onun adlarını sayarsa, Cənnətə girər" ifadəsi o deməkdir ki, kim Uca Allahın adlarını söyləyər, onları yadda saxlayar və mənalarını öyrənərsə, Cənnətə girər. Daha ətraflı: Kim onun adlarını sayarsa, cənnətə girər
Allah Təalanın ad və sifətləri barəsində müsəlmanın etiqadı necə olmalıdır?
Allahın adlarının izahı ilə bağlı məqalələri həmçinin saytın İslam bölməsindən oxuya bilərsiniz.

Paylaş: