Övladın xəstə doğulması yuxuda deyilən adı qoymamaqla əlaqəli ola bilərmi?

    04.07.2015
Sual: 
Salam menim ovladim dunyaya qelmezden evvel mene yuxuda ad verildi. Amma qaynanam qil qoymadilar o adi. Qunah sayilirmi bu? Ovladimiz saglamliginda biraz az problemi var.ve buna qore men hemise qaynanami qunahkar sayiram.dusunuremki yuxuda verilen ad qoyulsaydi belkede balam saglam olardi. Axi balamin bir qunahi yoxdu sadece adi qoymadilar.
Cavab: 

Aleykum salam. Allaha dua edirik ki, övladınız sağlam və saleh olsun. Şəriətdə yuxularla hərəkət etmək, onları mütləq yozmaq və onlardan nəticə çıxarmaq vacib buyurulmayıb. Həmçinin yuxuda sizə deyilən adı uşağa qoymaq da vacib deyil. Övladınızın sağalması üçün Allaha çoxlu dua edərək inanılmış həkimlərə müalicə etdirin. Daha ətraflı:
Duaların qəbul olması üçün nə etmək lazımdır?
Yuxu haqqında
Yuxu yozma haqqında
Qaynanamla yola getmirəm, nə edim?

Teqlər: 
Paylaş: