Allaha inanıb, Peyğəmbərə və Qurana inanmayan adamı dinə necə dəvət edim?

    11.07.2015
Kimdən: 
Allahın qulu
Sual: 
Salam aleykume .dostum deistdi Allaha inanır.Peyğəmbərə inanmır.necə edimki o dinə qayıtsın.Quran kitabınada inanmır.o birsi dünyayada Allah razı olsun...
Cavab: 

Aleykum salam. Allaha inanıb Peyğəmbərə, Qurana, axirət gününə inanmayan adam Allahın insanları, göyləri və yeri boş-boşuna yaratdığını deyərək Ona iftira atmış olur. Allah bu cür naqisliklərdən uzaqdır, Pakdır, Müqəddəsdir. Uca Allah buyurur: "Yoxsa elə hesab edirdiniz ki, sizi əbəs yerə yaratmışıq və siz heç vaxt Bizə qaytarılmayacaqsınız?" (əl-Mu'minun, 115).
"Biz göyləri, yeri və onların arasında olanları ancaq bir həqiqət kimi və məlum bir zaman kəsimi üçün yaratdıq. Kafirlər isə xəbərdar edildikləri şeylərdən üz döndərdilər". (əl-Əhqaf, 3).

"Hansınızın əməlcə daha gözəl olduğunu sınamaq üçün ölümü və həyatı yaradan Odur. O, yenilməz qüdrət sahibi və bağışlayandır". (əl-Mulk, 2).
Həmin insanı dəvət etmək üçün Quranın adi bir kitab yox, Allah sözü olduğunun dəlillərini ona göstərə bilərsiniz. Bundan sonra Quranı oxuduqda, orada Allahın insanları nə üçün yaratması, Qiyamət günü, peyğəmbərlər və digər məsələlər haqqında açıq-aşkar məlumatlar verilmişdir. Daha ətraflı:
Quranın Allah sözü olmasının sübutları
İnsan nə üçün yaradılıb?
Axirətə inanmayanları dəlillər əsasında necə inandırmaq olar? 
İslama dəvət necə olmalıdır?

Teqlər: 
Paylaş: