Valideynlərimin xəbəri olmadan xarici vətəndaşa ərə gedə bilərəmmi?
Sual:
Salam.eger valideyinlerimin xeberi olmadan ve biliremse onlar razi olmuyacaqlar ere gedirem se bu xaramdirmi?oglan erebdi men azerbaycanli
Cavab:
Aleykum salam. Valideynlərin xəbəri və razılığı olmadan ailə qurmaq qəti qadağandır. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Hər hansı bir qadın, vəlisinin izni olmadan nikah bağlayarsa, onun nikahı batildir, onun nikahı batildir, onun nikahı batildir".
Bəzən heç kimin xəbəri olmadan xarici vətəndaşa ərə gedən xanımlar gözəl vədlərə aldanaraq insan alverinin qurbanına çevrilirlər. Qadını qoruyan heç kim olmadığı üçün, xarici ölkəyə çatan kimi sənədləri əlindən alınır, özü isə zorla əxlaqsızlığa, orqanlarının satılmasına və digər şeylərə məcbur edilir. Ona görə də, mütləq valideynlərinizlə və aidiyyatlı dövlət qurumları ilə məsləhətləşin! Həmçinin oxuyun: Nikah bağlamağın qaydaları