Ramazan ayında şeytanların zəncirlənməsi oruc tutmayanlara da aiddirmi?

    30.07.2015
Sual: 
Salam.muqeddes Ramazan ayinda seytani el qolu baglanir.bu butun insanlar ucundu yixsa amcaq oruc tutanlara aidi?))
Cavab: 

Aleykum salam. Uca Allah buyurur: "Əgər sənə şeytandan bir vəsvəsə gəlsə, Allaha sığın. Çünki O, Eşidəndir, Biləndir" (Fussilət, 36). Allaha sığınmaq onu çox xatırlamaq, Onun vacib buyurduğu əməlləri yerinə yetirmək (həmçinin Ramazan orucunu tutmaq) və qadağan etdiyi şeylərdən çəkinməklə olur. Ona görə də Allaha asi olaraq, ibadət etməyərək şeytanın vəsvəsəsindən qorunmağı zənn etmək səhvdir. Bu həm Ramazan, həm də digər vaxtlara aiddir. Peyğəmbər (Allahın ona və ailəsinə salamı və salavatı olsun) buyurmuşdur: "Ramazan ayının ilk gecəsi girdikdə şeytanlar və cinlərin şər olanları zəncirlənir, Cəhənnəmin qapıları bağlanaraq bir qapısı belə açılmır...". (əl-Buxari, "Sovm", 7; ət-Tirmizi, 682). Hədisdə şeytanların ən şərlilərindən söhbət gedir, ümumən Ramazan ayında da insanlara vəsvəsə gəlir.

Paylaş: