Sünni namazı, yoxsa şiə namazı dinimizə daha uyğundur?

    28.07.2015
Sual: 
Salam.Men sie namazi qiliram.Bacimda namaza baslamaq isdiyir ama o sunni namazi qilmaq isdiyir.Bilmek isdiyiremki sunni yoxsa sie namazi dinimize daha uygundur..xahis cvb yazin.
Cavab: 

Aleykum salam. Uca Allah buyurur: "(Ya Rəsulum!) De: "Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, mərhəmətlidir!" (Ali İmran, 31). Bu səbəbdən doğru yol Allah Rəsulunun (Ona və ailəsinə Allahın salamı və salavatı olsun) yolu və namaz da onun qıldığı kimi qılınan namazdır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) səhabələrinə (Allah onlardan razı olsun) belə demişdir: "Mən necə namaz qılıramsa, siz də elə qılın!" (əl-Buxari, 6857)
Peyğəmbərin (salləllahu aleyhi və səlləm) necə namaz qılması səhih mənbələrdə rəvayət olunmuşdur. Heç bir səhih hədisdə peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) möhürlə və ya əlləri açıq şəkildə namaz qıldığı bildirilməmişdir. Bunlar dinimizə sonradan gətirilən bidətlərdəndir (yeniliklərdəndir). Saytımızdakı namazın qılınma qaydası videosu həmin mənbələr əsasında hazırlanmışdır. Həmçinin, oxuyun:
Sünni doğrudur, yoxsa şiə?
Namaz gündə üç dəfə, yoxsa beş dəfə qılınmalıdır? 

Teqlər: 
Paylaş: