Kusuf namazı ilə bağlı məqalədə anlaşılmamazlıq var...

    29.08.2015
Sual: 
salam aleykum/Rəvayət edilir ki, Aişə demişdir: «Peyğəmbərin sağlığında günəş tutuldu. O, məscidə getdi və camaat onun arxasında cərgə-cərgə düzüldülər. O, təkbir (Allahu əkbər) deyib uzun-uzadı Quran oxudu. Sonra təkbir edib uzun-uzadı rüku etdi və sonra “Səmiəllahu limən həmidəh” – deyib rükudan qalxdı, amma səcdəyə getmədi. Sonra yenə uzun-uzadı Quran oxudu. Amma bu, birinci oxuduğundan az oldu. Sonra təkbir edib uzun-uzadı bir rüku etdi. Amma bu rüku əvvəlkindən az oldu. Sonra “Səmiəllahu limən həmidəh, Rabbənə və ləkəl həmd” – deyib rükudan qalxdı və sonra səcdə etdi. Sonra ikinci rükətdə də eynisini etdi. Beləliklə, o, dörd rükəti, dörd səcdə ilə tamamladı. Peyğəmbər namazını bitirmədən öncə günəş də görsəndi». (əl-Buxari, 1046). Hədisdən göründüyü kimi "Küsuf" namazı dörd ruku və dörd səcdədən ibarət iki rükətli namazdır. / bu hedisde yazilibki 4ruketi 4 secde ile tamamladi amma meqalenin ozunde ise 2 ruketli namaz oldugu qeyd olunur Indi bunun hansi dogrudur? bu meqale sizin saytinizdandir
Cavab: 

Aleykum salam. "Kusuf" - günəşin, "Xusuf" - isə ayın tam və ya qismən tutul­ma­sına deyilir. Bu vaxt qılınan namaz 2 rükətli namazdır, hər rükətdə 2 dəfə rüku edilir. Məqalədəki hədisin tərcüməsində səhvə yol verilmişdi, məqalə dəyişdirildi. Daha ətraflı: Kusuf namazı necə qılınır?

Teqlər: 
Paylaş: