Corabın üzərinə məsh çəkmək olarmı?

    24.01.2014
Sual: 
Salam aleykum destamaz alanda Corabin ustunden ayaga mesh chekmek olarmi?
Cavab: 

Va aleykum Salam. Bəli, dəstəmaz alarkən corabların üzərinə məsh çəkmək şəriətə görə icazlədir. Bir şərtlə ki, corablar nazik olmasın. Belə ki, Muğira İbni Şubə adlı səhabədən (Allah ondan razı olsun) rəvayət olunur ki, Allahın Elçisi (salləllahu aleyhi və səlləm) dəstəmaz alarkən corablarına və ayaqqabılarına məsh çəkdi. (Əbu Dəvud, 159). Yaşadığınız yerdə məshi çəkməyə başladığınız müddətdən bir sutka ərzində, səfərdə isə üç sutka ərzində məsh çəkə bilərsiniz.

Teqlər: 
Paylaş: