Digər canlılar da öləndə ruhlarını mələklər alır?

    20.09.2015
Sual: 
Salamun aleykum. Bilmek isterdimki diger canlilarin olumu nece bas verir? Onlarindami canlarini melekler alir? Umumiyyetle onlarinda ruhlari varmi? Ve ölldükden sonra onlarin axirete qederki heyatlari necedir?
Cavab: 

Aleykum salam. Bu məsələ alimlər arasında olduqca ixtilaflıdır. Bəziləri deyir ki, bununla bağlı Quran və Sünnədə heç bir səhih məlumat verilməyib və nəql olunan dəlillərin hamısı qeyri səhih və etibarsızdır. Bəziləri isə deyir ki, insanlar da olduğu kimi digər məxluqatların da canını ölüm mələyi Uca Allahın əmri ilə alır. Belə deyənlər bu kimi bəzi ayə və hədislərə əsaslanırlar. Uca Allah buyurur: "Yer üzündə gəzən heyvanların və (göydə) uçan iki qanadlı quşların hamısı sizin kimi ümmətlərdir. Biz Kitabda heç bir şeyi nəzərdən qaçırmadıq. Sonra onlar Rəbbinin hüzuruna toplanılacaqlar". (əl-Ənam, 38).
"De: "Sizə müvəkkil olan ölüm mələyi canınızı alacaq, sonra da Rəbbinizə qaytarılacaqsınız!" (əs-Səcdə, 11).

İsmayıl ibn Əbənin deyir ki, mənə Amru ibn Əbi Amru, o da Cəfər ibn Muhəmmdən, o da atasından belə rəvayət edir: "Eşitdim ki, Həris ibn əl-Xazrac əl-Ənsari deyir ki, atam mənə dedi ki, bir gün Cəbrail (aleyhi-s-sələm) peyğəmbərə (sallallahu aleyhi və səlləm) belə dedi: "Vallahi ey Muhəmməd! Əgər bir ağcaqanadın canını almaq istəsəm belə, Allah Təala onun canını mənə almağa əmr edənə qədər mən buna qadir deyiləm!" (İbn Əbi Asim "əl-Əhəd val Məsəni" əsəri, 4/251; Tabərani, "əl-Kəbir", əsəri, 4/220/4188; Əbu Suleymən ər-Rab'i, "Vasayə əl-Uləmə" kitabı, səh: 111). Ancaq bunun keyfiyyəti bizə məlum deyil. Həmçinin oxuyun:
Heyvanların ruhu varmı?
Heyvanlar üçün cənnət və cəhənnəm vardırmı?

Teqlər: 
Paylaş: