Peyğəmbərimizin itləri sevməməsi doğrudurmu?

    24.10.2015
Kimdən: 
Abdulrazak
Sual: 
Asalamualeykum . men heyetde it sahlamag isteyirem ,amma eshitmishem ki evde ve ev etrafinda it sahlamag olmaz , cunki o halda melekler eve dahil ola bilmir ,ve hetta Muhammed peygember S.A.S itleri sevmezdi? bu negeder duzgundi? Allah razi olsun
Cavab: 
Va aleykum Salam.
  1. Bəli, it olan yerə mələklər daxil olmur. Daha ətraflı: Nəyə görə evdə it saxlamaq olmaz?
  2. Peyğəmbərin (salləllahu aleyhi və səlləm) itləri sevməməsi fikri doğru deyil. Əksinə, ov, təlim və s. şəriətimizin icazə verdiyi məqsədlər üçün saxlanılan itlər var ki, dinimiz onlara qayğı göstərib və onları qoruyub. Hətta islam tarixinə fikir versək itlər üçün xüsusi vaxtlar və sığınacaq yerləri də olub. İnsanların heyvanlara mərhəmət göstərməsi onların ən ağır günahlarının bağışlanmasına, hətta cənnətlə mükafatlanmasına belə, səbəb ola bilər. Belə ki, səhih bir hədisdə Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə buyurmuşdur: "Az qala susuz­luqdan öləcək bir it quyunun ətrafında fırlanırdı. Bu zaman onu İsrail övladlarından olan zinakar bir qadın gördü. Qadın dəri corabını çıxarıb su ilə doldurdu və sonra da itə su verdi. Bununla da onun günahları bağış­landı". (Səhih Muslim, 5998; Səhih əl-Buxari, 3467). Heyvanları çox sevən peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) onlara yaxşı münasibət göstərilməsini, əziyyət edilməməsini, müntəzəm yem və su verilməsini əmr edib, heyvanların zövq üçün döyüşdürülməsini, yaxşı nişan almağı öyrənmək üçün hədəf seçilməsini, ətləri yeyilməyəcəyi təqdirdə onları tələf etməyi qadağan edib. Sadəcə dinimiz buyurur ki, səbəbsiz yerə itləri saxlamaq olmaz və ziyanverci itlərə qarşı mübarizə aparmaq lazımdır. Həmçinin oxuyun: Heyvanlara əziyyət vermək haqqında
Paylaş: