İşlərimin düz getməməsi namazı tərk etdiyimə görə ola bilərmi?

    29.10.2015
Sual: 
Salam aleykum men namazi qilib sonra seytana uyub uzaqlasdim hal hazirda hec bir isim duz getmir ne is tapa bilirem nede yol pulum olmurki hansisa is dalinca gedem acdigim her qapi uzume baglidi hemde tez tez gunah isledirem bilmek isdeyirem ki bu namazi qilmamagima goredi yoxsa basqa sebebde var?
Cavab: 

Va aleykumus-Sələm. Bəla və müsibətlərin səbəblərindən biri də günahlar və Allaha asi olmaqdır. Uca Allah buyurur: "Başınıza gələn hər bir müsibət öz əllərinizlə qazandığınız günahlar üzündəndir. Allah günahların çoxunu bağışlayır". (əş-Şura, 30)
Namaz qılmamaq isə ən böyük günahlardandır. Uca Allah buyurur: "​Kitabdan sənə vəhy olunanları oxuyub namaz qıl. Həqiqətən, namaz çirkin və yaramaz işlərdən çəkindirir". (əl-Ənkəbut, 45). Həmçinin, oxuyun: Namaz qılmadan Cənnətə girmək olarmı?

Teqlər: 
Paylaş: