Valideyndən icazəsiz cümə namazına getmək olarmı?

    26.10.2015
Sual: 
salam aleykum men cume gunleri mecide gedmek istiyirem amma anam razi deyil getmeyime men onun sozuna baxmiyim getsem gunah iwlemiw oluram?
Cavab: 

Va aleykum Salam. Uca Allah buyurur: "Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi (onlara yaxşı baxıb gözəl davranmağı) buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında (yaşayıb) qocalığın ən düşkün çağına yetərsə, onlara: "Uf!" belə demə, üstlərinə qışqırıb acı söz söyləmə. Onlarla xoş danış!" (əl-İsra,23).
Amma Allahın vacib buyurduğu şeyləri qadağan etdikləri halda yenə də xoş davranmaq şərtilə, valideynlərə itaət etmək olmaz. Məsələn, Cümə namazı kişilərə vacib buyrulduğu üçün bu namaza söz-söhbət çıxarmadan, gizli də olsa mütləq getmək lazımdır. Peyğəmbərimiz (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Yaradana asilikdə (qarşı çıxmaqda) yaradılmışlara itaət etmək olmaz". (İmam Əhməd, 1095).
Digər namazlara getməkdə isə valideynlərin razılğını əldə etmək lazımdır. Buna icazə vermələri üçün isə onları əxlaqla və səbirlə İslama dəvət etməlisiniz: "Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yailə yaxşı tanıyır". (ən-Nəhl, 125).

Teqlər: 
Paylaş: