Məhərrəm ayında hicab bağlamaq olarmı?

    21.11.2015
Sual: 
Qarşıdan Meherremlik gelir.Bu zamanda Heç başını bağlamayan qadın başını bağlaya biler?hicab şeklinde olan başlıklarla?
Cavab: 
əs-Sələmu aleykum. Bilmək lazımdır ki, "məhərrəmlik" adlı bir mərasim yoxdur. Məhərrəm ayı var. Bu ay da digər aylar - Ramazan, Zül-Hiccə, Şəvval və s. - kimi bir aydır. Lakin bəzi insanlar dini cəhətdən elmli olmayan insanları Məhərrəm ayında İmam Hüseyn üçün yas saxlamağa təşviq ediblər. Halbuki, İmam Hüseyn şəhid edilib, Cənnəti qazanıb. 
Hicabı isə yalnız Məhərrəm ayında yox, həmişə geyinmək lazımdır. Hicab geyinməyənlər Allahın əmrinə asi olaraq böyük günah qazanırlar, bu günah axirət əzabına səbəb ola bilər. Əgər geyinmirsinizsə, asanlaşdırması üçün Allaha dua edərək bağlayın.
Daha ətraflı:
Teqlər: 
Paylaş: