Qüsl almaq niyyəti ilə hamama girmək, amma çimərkən qüsl almağı yaddan çıxarmağın hökmü

    28.11.2015
Sual: 
Salam cvblandirsaz cox wad olardim qusl almaq niyyetli ile cimdim ama qusl almaq yadimnan cixdim bele halda qusl almiw sayiliram ya yox v birdefe bele bir wey oxumuwdumki esas niyyetdi dilde olan deyil yeni qusl niyyeti.ile cimirsense qusl almiw olursan bu ne derecede dogrudur??
Cavab: 
Və aleykum Salam. Əvvəlcə qeyd edək ki, niyyət dillə deyilmir, niyyət qəlbdə məqsədin olmasıdır. Amma siz hamama girəndə qəlbinizdə qüsl almaq niyyəti olub, lakin çimərkən qüsl almaq yadınızdan çıxıbsa, bu qüsl sayılmır. Yenidən qüsl alınmalıdır. İnsan hər hansı bir ibadəti yerinə yetirəndə bilməlidir ki, bu hansı əməldir. Necə ki, dəstəmaz alanda soruşsalar ki, "Nə edirsən?", deyəcəksən ki, "Dəstəmaz alıram?" Bu artıq niyyətdir. Yoxsa, çayın qırağına gəlmisən ki, dəstəmaz alasan. Gəlib görürsən ki, qəşəng sərin su var, corabı çıxarıb, əlini, üzünü, ayaqlarını yuyub sərinlənirsən. Qayıdandan sonra yadına düşür ki, dəstəmaz almadın, sadəcə sərinləndin. Sözsüz ki, bu dəstəmaz deyil. Eləcə də qüsl almaq da belədir. Daha ətraflı:

Niyyəti dillə deməyin qadağan olması
Qüsl necə alınır və onu pozan amillər hansılardır?

Teqlər: 
Paylaş: