Qadın ərinin cibindən icazəsiz pul götürə bilərmi?

    22.11.2015
Kimdən: 
Ummu Sara
Sual: 
Salam aleykum. Qadın icazəsiz ərinin cibindən pul götürə bilərmi?
Cavab: 
Va aleykum Salam. Əgər ər israfçıdırsa, qadın onun xəbəri olmadan bir miqdar əlavə pul yığa bilər. Ancaq ailə başçısı kimi ərinə də bunu deməsi daha yaxşıdır. Əri evdə olmadığı halda qadın evin büdcəsindən hər hansı zəruri ehtiyac üçün pul xərcləyə bilər. Çünki, o zəruri işi yerinə yetirmək əslində kişinin borcudur. Aişə (Allah ondan razı olsun) rəvayət etmişdir ki, (bir dəfə) Muaviyənin anası Hind Peyğəm­bərə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: "Əbu Sufyən (Hindin əridir) xəsis adamdır. Əgər mən onun malından gizlincə götür­səm, mənə günah sayılarmı?" Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurdu: "Adətən, sənə bəs edəcək qədər özün də götür, oğlanların da (götürsünlər)!" (Buxari, 2211). Bu hədisə görə qadın ərinə aid puldan onun icazəsi olmadan sadəcə ehtiyaclarını qarşılamaq üçün götürə bilər. Həmçinin əgər qadın kişinin cibindən icazəsiz götürdüyü pulu zərurət olmayan şeylərə xəcləyir və üstəlik, əri bundan narazıdırsa, bu məsələdə qadın günah qazanır. Əgər ər qadına evdəki büdcədən və ya cibindən pul xərcləmək üçün icazə veribsə, onda qadının icazə almasına ehtiyac yoxdur. Həmçinin, əri xəsis olan qadın onun icazəsi olmadan ailə büdcəsinə zərər verməmək şərtilə sədəqə də verə bilər və savaba əri də ortaq olar. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Qadın (ailə üzvlərinə) ziyan vurmadan evində olan yeməkdən sədəqə versə, verdiyinin savabını qazanar; əri də qazandığının savabını alar; həmçinin xidmətçiyə də bir o qədər savab çatar; birinin savabı digərinin savabından heç bir şey azaltmaz". (əl-Buxari, 1425). Həmçinin oxuyun:
Ərdən gizli sədəqə vermək olarmı?
Ərin borcunu ödəmək üçün qazancından gizli pul götürüb yığa bilərəm?
Paylaş: