Qadın ərinin valideynlərinə cavab qaytarırsa, nə etmək olar?

    09.12.2015
Kimdən: 
Namelum
Sual: 
Salam aleykum.Bir weyi bilmek isterdim. Biy yaxin dostum hardasa 6 ay olar aile qurub.Amma ailesinde huzursuzlug var.ailede hami namaz qilir.ele evlendiyi qadinda namaz qilir.sadece bu qadin o oglanin atasi ve anasi ile yola getmir.hetta soz sohbet olanda onlarla dillewir ve cavab qaytarir. Indi bu dostum neynemelidir? ayrilmalidirmi o qadinnan?yoxsa bu olanlari imtahan kimi qebul edib davam etmelidir.? Bu soz sohbetden o dostumun evinde huzur yoxdur.her gun soz sohbetdi. Bir meslehet lazimdir.
Cavab: 
Və aleykum Salam. Övlad ata və ananın haqqını heç vaxt verə bilməz. Sözsüz ki, qadın ərinin valideynlərinə hörmətlə yanaşmalı və onlara cavab qaytarmamalıdır. Əgər günah qadındadırsa, qadın tənbeh edilməlidir. Qadının tənbeh edilməsi üçün müxtəlif üsullar var. Bu haqda: Ailə münaqişələri
Günah qadında olduğu təqdirdə bu üsullar nəticə verməsə, qadına görə valideynlərdən uzaqlaşmaq düz deyil. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə buyurmuşdur: "Rəbbin razılığı valideynlərin razılığı ilə, qəzəbi isə valideyn­lərin qəzəbi ilədir". (Tirmizi, 1899).
Teqlər: 
Paylaş: