Quran oxumağı unutmaq günahdırmı?

    20.12.2015
Kimdən: 
m konul
Sual: 
salam menim evimde cox quran var evveiier oxuyurdum hetda dersinde almiwam amma sonralar unutdum en sevdiyim quranimi ziyaretgaha verdim bu gunahdirmi onceden tewekkur edirem
Cavab: 
Və aleykum Salam. Qurani-Kərimi oxumağı unutmaq heç bir müsəlmana yaraşan hal deyil. Uzun bir hədisdə Pey­­ğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurur: "Mən bu gecə yuxuda iki nəfər gör­düm. Onlar mənim yanıma gəldilər və əlimdən tutub müqəddəs torpağa (Şa­ma) apar­dılar. Arxası üstə yerə uzanmış bir nəfərin yanına gəldik. Onun başı üstündə baş­qa birisi dayanmışdı, əlində də böyük bir daş var idi. O, bu daşla uzanmış ada­mın başını əzirdi. Daşı hər dəfə onun başına vur­duqda, daş yumbalanıb ge­dir­di. Gedib daşı götürüb uzanan adamın yanına qayıdana­dək onun başı bi­ti­şə­rək əvvəlki halına qayıdırdı. Adam gəlib ye­nə onun başını əzirdi. Mən: "Bu kim­­dir?" - deyə soruşdum. Mənə: "Get!" - dedilər. Biz yo­lu­muza davam et­dik". Hədisin sonunda həmin iki nəfər həmin insanın kim olduğunu Peyğəmbərə (salləllahu aleyhi və səlləm) deyirlər: "....Ba­şı əzilən adam isə o kimsədir ki, Allah ona Quranı öyrətmiş, lakin o gecələr (na­ma­za) yatıb qalmış, gündüzlər isə Qurandakılara əməl etməmişdir. Qiya­mət gü­nü­nə­dək onun başı beləcə əziləcək..." . (əl-Buxari, 1386). Onu ziyarətgaha deyil, məscidə vermək lazımdır. Çünki, ziyarətgah dediyimiz yerlər qəbirlər olan ərazilərdə tikilib. Halbuki, Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) qəbristanlıqda məscid tikməyi qadağan edib. Belə ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur: "Allah yəhudilərə və nəsranilərə lənət eləsin! On­lar peyğəmbər­ləri­nin qəbirlərini ibadətgaha çevirmiş­lər". (əl-Buxari, 1330). Yaxşı olardı ki, ərəb əlifbasını öyrənib yenidən Quran oxumağa başlayasınız. Əlifbanı bu kitabla öyrənə bilərsiniz: Quran Əlifbası 

Həmçinin oxuyun: 
Quran oxumağın savabı haqqında
Pirləri ziyarət etmək və onlardan yardım diləmək düzgündürmü?

Teqlər: 
Paylaş: