Hamiləyəm, ərim istədiyim yeməkləri almır...

    13.12.2015
Kimdən: 
bintu AbdurRazzak
Sual: 
AsSalamualeykum aleykum . Sual :Hamilelikle elaqedar bezi yemekler teleb edirem. Hem de eləe qidalar var ki,onları yeyilmelidir,uşaq da biiznilləh saglam olsun.Telebi soyledikde deyir pulum yoxdur.Minimum derecede isteyirəm,maddi sixinti var Alhamdulilleh.Hem de bu ehtiyac usaq uchundu.Elbette yoldasim uchunde chetindir ama bir chare tapmaqda erin boynuna dushmurmu?Qeyd edim ki,qaynanam mənim uchun pul da gonderir ki,ne istesem alsın,ushaqda sonradan problem yaranmasın biiznilləh. Onuda xercləmir ki,anam gondərir men onu yeye bilmerem.Onu da qeyd edim, sədəqə və ya kimdənsə pul gözləmir,ozude ishleyen insandır.
Cavab: 

Və aleykum Salam. Ər bilməlidir ki, imkanı daxilində ailənin ehtiyaclarını ödəmək onun vəzifəsidir. Uca Allah buyurur: "Anaların yeməyi və geyimi şəriətə müvafiq qaydada uşağın atasının üzərinə düşür. Heç kəs qüvvəsi çatdığından artıq yüklənməz. Nə anaya öz övladına görə, nə də ataya öz övladına görə zərər verilməməlidir". (əl-Bəqərə, 233).
Qaynananızın göndərdiyi puldan xərcləyə bilərsiniz. Siz özünüz də ərinizi çox sıxmayın və ona bu puldan istifadənin icazəli olduğunu, şəriətdə buna aid heç bir qadağanın olmadığını başa salın. Səbirli olun, əlinizi qarnınıza qoyub bildiyiniz surələri oxuyun. Allaha dua edin ki, sizə yardım etsin və bu sıxıntıdan qurtarsın. Allah sizə kömək olsun!

Teqlər: 
Paylaş: