Peyğəmbərin qəbrinin məscidin içində olması pirlərin doğru olmasına dəlildirmi?

    15.12.2015
Kimdən: 
Əli
Sual: 
Salam aleykum. Oxudum ki, Muhəmmədin(səllallahu aleyhi və səlləm) qəbri Mədinədəki məscidin içərisindədi. Bəs bu şirk əhli özünə haqq qazandırır ki, peyğəmbərin qəbri məsciddədi, insanlar orda namaz qılır, zikr eliyir. Demək, pirlər və s. Günah deyil. Əgər Peyğəmbər qəbr üstündə məscid ucaldmağı qadağan edibsə, bəs niyə onun qəbri məsciddədi?
Cavab: 

Və aleykum Salam. Allah Rəsulu (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Sizdən əvvəlkilər, peyğəmbər və salehlərini qəbirlərini məscid etdilər. Siz qəbirləri məscid etməyin. Bunu sizə qadağan edirəm". (Muslim).
Peyğəmbərimizin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dövründə məscid kiçik olub. Onun zövcəsi Aişənin (Allah ondan razı olsun) evi isə məscidə o qədər yaxın olub ki, qapısı məscidə açılıb. Peyğəmbərimiz (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) vəfat etdikdə Aişənin (Allah ondan razı olsun) evində vəfat edir və orada da dəfn edilir. Müddət keçdikcə və əhali çoxaldıqca məscidin də ərazisi böyüyür. Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) çox-çox sonralar Osmanlı imperiyası dövründə məscidi genişləndirdikdə, qəbri məscidin ərazisinə daxil edirlər. Lakin, bu nə Peyğəmbərin (salləllahu aleyhi və səlləm), nə də səhabələrin (Allah onlardan razı olsun) olduğu əməl deyil. Günümüzdə də Peyğəmbərin (salləllahu aleyhi və səlləm) basdırıldığı yer məscidin içərisində qalsa da, məsciddən sayılmır. Hal-hazırda Peyğəmbərin (salləllahu aleyhi və səlləm) qəbri məscidin ərazisində daşdan olan hasarlarla əhatəyə alınıb ki, məsciddən sayılmaması bilinsin, avam camaat ona doğru namaz qılmasınlar və ondan heç nə istəməsinlər. Çünki, Uca Allah və Onun Elçisi (salləllahu aleyhi və səlləm) bunu qadağan edib.

Teqlər: 
Paylaş: